ABŞ prezidenti Co Bayden Əfqanıstanda baş verən terror hadisələrindən sonra kameralar qarşısına keçib. Baydenin yorğunluğu diqqətdən yayınmayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, başını əlindəki faylın üstünə qoyub bir jurnalistin sualına qulaq asdığı ​​anlar haqqında müxtəlif şərhlər edilib. ABŞ prezidenti Bayden haqqında sosial mediada "Məğlub bir adamın bədən dili", "Yuxu arasında qalxdı və bir açıqlama verdi" kimi şərhlər edilib. Terror təşkilatı DAEŞ-in Xorasan qolunun terror hücumlarını həyata keçirdiyini açıqlayan Bayden, ictimai reaksiyalara səbəb olan iddianı da təsdiqləyib. O, taliblərə ölkədən çıxaracaqları insanlar haqqında məlumat verdiklərini bildirib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə