ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) sözçüsü polkovnik Bill Urban, yazılı açıqlama verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yazılı açıqlamada Urban bildirib: "ABŞ hərbi qüvvələri DAEŞ/Xorasan liderinə qarşı terrorla mübarizə əməliyyatı həyata keçirib". Sözügedən əməliyyatın Əfqanıstanın Nanqahar əyalətində pilotsuz uçuş aparatı ilə həyata keçirildiyinə işarə edən Urban, həmçinin bunu yazıb: "İlkin təyinatlara görə hədəfi öldürdük. Sivil itkilərin olmadığını bilirik"

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə