ABŞ Birləşmiş Qərargah Rəislərinin Regional Əməliyyatlar Direktoru, general-mayor William "Hank" Taylor və Pentaqonun sözçüsü John Kirby mətbuat konfransı keçirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, onlar Əfqanıstandakı son hadisələri dəyərləndirib. Kabildəki Hava Limanı yaxınlığındakı Baron Otelinin qarşısında ikinci bir partlayış xəbərini təkzib edən Taylor deyib: "Giriş qapısında baş verən partlayışla bağlı daha ətraflı məlumat verəcəyik, ancaq ikinci hücumun olduğuna inanmırıq. Yalnız bir intiharçı var idi. Hadisənin necə baş verdiyini bilmirik, amma bu cür hadisələrdə çaşqınlıq yaşamaq normaldır".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə