Cəsədlər sərhəd məntəqəsindədir

Pakistan silahlı qüvvələri Torkham keçid məntəqəsi yaxınlığında ölkəyə qanunsuz daxil olmaq istəyən bir qrup əfqanı atəşə tutub. SİA xarici mətbuata istinadən xəbər verir ki, ümumilikdə, on nəfər sərhədi qanunsuz keçmək istəyib. Nəticədə 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Öldürülənlərin cəsədlərinin sərhəd məntəqəsində olduğu deyilir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə