“Əfqanıstan qaçqınları Rusiyada məskunlaşa bilməz” - PUTİN AÇIQLADI

Rusiya prezidenti Vladimir Putin Əfqanıstan silahlılarının qaçqın adı ilə Rusiyaya girməsini istəmədiyini bildirib. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya lideri Əfqanıstandakı vəziyyətin Rusiya təhlükəsizliyi ilə birbaşa əlaqəsi olduğunu qeyd edib. Putin Əfqanıstandan olan qaçqınların Orta Asiya ölkələrinə yerləşdirilməsinin əleyhinə olduqlarını söyləyib. Çünki bu insanlar arasında silahlılar ola bilər və digər ölkələrdən asanlıqla Rusiya ərazisinə sıza bilərlər: “Qərb dövlətləri sığınacaq axtaranların ABŞ və digər ölkələrdən viza alana qədər Mərkəzi Asiya ölkələrinə yerləşdirilməsində israrlıdır. Bu o deməkdir ki, qonşumuz olan bu ölkələrə kiminsə vizasız göndərilməsini mümkün hesab edirlər, amma vizasız şəxslərin olmasını istəmirlər. Bu, problemi həll etmək üçün çox alçaldıcı bir yanaşmadır”.

Putin qeyd edib ki, qaçqınlar ölkələrin hər yerdə məskunlaşırlar: “Bu qaçqınlar arasında kim olduğunu necə bilək? Onların sayı minlərlə, yüz minlərlə, hətta milyonlarla ola bilər. Yaxın müttəfiqlərimiz olan qonşularımızla aramızda viza müraciəti yoxdur və onlarla paylaşdığımız sərhəd min kilometrdir. Bəzi silahlıların qaçqın qılığında ölkəmizdə yenidən görünməsini istəmirik. 90-cı illərdə və 2000-ci illərin ortalarında Şimali Qafqazda hərbi əməliyyatlar zamanı baş verənlərin təkrarən yaşanmasını istəmirik”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə