"Taliban" Heratda 145 əfqan xüsusi təyinatlısını həbsdən azad edib

"Taliban" Əfqanıstanın qərbində yerləşən Herat əyalətində saxlanılan əfqan xüsusi təyinatlılarının 145 əsgərini azad edib.

Bu barədə "Əl-Cəzirə" telekanalı xəbər verir. Əfqanıstanın yerli telekanalı "Tolo News" avqustun 20-də keçmiş Əfqanıstan hökumətinin bəzi yüksək vəzifəli məmurlarının "Taliban" tutulduğunu və itkin düşdüyünü bildirib. Belə ki, Əfqanıstanın şərqində yerləşən Laqman əyalətinin valisi Əbdül Vəli Vahidzai və bölgənin polis idarəsinin rəisi Lotfullah Kamran taliblərin hücumu zamanı onlara təslim olublar. Qəzni əyalətindəki polis idarəsinin rəisi Məhəmməd Haşim Qalji "Taliban" bölgənin inzibati mərkəzinə daxil olduqdan sonra yoxa çıxıb.

Bu həftənin əvvəlində "Taliban" onlara qarşı çıxan hər kəsi əfv etdiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə