NATO Əfqanıstanda gərginlik azalmalıdıdr

NATO Əfqanıstanda baş verən hadisələrlə bağlı toplanıb. Bu barədə SİA “euronew”a istinadən xəbər verir ki, toplantıdan sonra Əfqanıstan barədə açıqlama verilib.

Açıqlamada bildirilir ki, Əfqanıstanda Taliban şiddət və gərginliyi azaltmalıdır: "NATO-nun Əfqanıstan səlahiyyətlilərinə bütün dəstəyi dayandırılıb. Əfqanıstandakı bütün tərəfləri hökumətin qurulmasına vicdanla çalışmağa çağırırıq. Əfqanıstan hökuməti qanunun aliliyinə riayət etmək, girişə icazə vermək və Əfqanıstanın bir daha terrorçular tərəfindən sığınacaq kimi istifadə etməmələrini təmin etmək üçün bütün əfqanların, xüsusən qadınların, uşaqların və azlıqların insan hüquqlarını qorumaq vəzifəsini təmin etmək lazımdır”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə