"Taliban qrupunun Əfqanıstanı ələ keçirməsinin qarşısını ABŞ almalı idi" AÇIQLAMA

"Taliban qrupunun Əfqanıstanı ələ keçirməsinin qarşısını ABŞ almalı idi". Bunu SİA-ya açıqlamasında Qabil Hüseyn deyib.

Onun sözlərinə görə, ABŞ Əfqanıstandan çıxmazdan əvvəl Talibanı təhrik edən yeni tapşırıqlar verdi: " Əfqanıstan ordusunun sayı 300 min nəfərə çatır. Taliban qrupunun sayı 50 min nəfərə yaxındır. 300 min nəfər Əfqanıstan əsgəri Talıban qrupuna normal şəkildə atəş açmadı. Bu, siyasi iradəsizlik və bacarıqsızlıqdır. Rəşid Dustun birinci qaçanlardan biri oldu. Əfqan ordusunun 300 mininin 50 mini də bəs idi ki, talıbanları burada məhv etsinlər və ya ölkədə hakimiyyəti ələ keçirməyə imkan verməsinlər. Amma heç nə baş vermədi. Bütün əyalət mərkəzləri demək olar ki, döyüşsüz ələ keçirildi. Güllə atan da olmadı. Əşrəf Qani həyat yoldaşı və uşağını götürərək qaçdı. Taliban terrorçu təşkilatdır. Bu terror qrupunu 1996-2001-ci illərdə hakimiyyətdə olanda Amerikadakı əkiz qüllələri təyyarə ilə taran etdirən Əl-Qaidə Talibanın gözünün nuru idi. Taliban ölkədə qadınlara işləməmək və başı bağlı olmadan küçəyə çıxmamaq kimi qadağa qoyub. ABŞ bu məsələdə ən böyük səhvi etdi. Bayden qoşunları mərhələli şəkildə çıxarmalı idi. Əfqan ordusu da bu müddətdə müqavimətə hazırlanmalı idi. Əfqan ordusu hazırlana bilmədi. Amerika kimi dövlət Talıban hərəkatının qarşısını ala bilərdi. Müasir silahlar ilə Talıbanın qarşısını almaq asan idi. Talibanın qrupunun silahları isə yetəri qədər yaxşı deyil. Talıban hərəkatında ən çox istifadə olunan avtomat Kalaşnikov və pulemyotdur. Taliban hərəkatında olanların çoxunun yaşı 30-40 arasındadır. Amerika tarixə düşən qətiyyətsizlik nümayiş etdirdi".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə