7 şübhəlinin ünvanı müəyyən edilib

Türkiyənin Adana şəhərində DAEŞ adına Suriyada fəaliyyət göstərdiyi və ölkəyə qeyri-qanuni yolla daxil olduğu iddia edilən 7 şübhəlinin ünvanını müəyyən edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, polis əməkdaşları qeyd olunan ünvanlarda apardıqları əməliyyatda çox sayda rəqəmsal material ələ keçirib. Bəzi polislər də yollarda uzun lüləli silahlarla tədbir görüb. Nəzarətə alınan bəzi şübhəlilər, tibbi müayinədən sonra polis idarəsinə aparılıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə