Əfqan jurnalistdən gündəm olan sual PREZİDENT HARADADIR?

Bütün dünya Əfqanıstanda baş verənləri qorxu ilə izləyir. SİA xəbər verir ki, səslərini eşitdirmək istəyən və öz ölkəsindəki vəziyyətlə bağlı danışan əfqanların fəryadları sosial mediada böyük diqqət çəkir.

Nazira Kərimi illər əvvəl ABŞ-da yaşayan, Taliban zülmündən qaçan bir jurnalistdir. Paytaxt Vaşinqtonda müxbir olan təcrübəli jurnalistin Pentaqonun təşkil etdiyi brifinqdə verdiyi sual və göz yaşları içində söylədikləri bütün dünyada gündəm oldu. Pentaqonun sözçüsü Con Kirbinin verdiyi brifinqdə Nazira Kərimi ölkəsi Əfqanıstan haqqında dedikləri sosial mediada geniş müzakirələrə səbəb olub: "Bu mənim ölkəmin bayrağıdır, bayrağımı endirdilər. Əfqanıstanlı qadınlar çox narahatdır. Heç birimiz Talibanın ölkəni bir gündə ələ keçirməsini istəmirik. Bunu gözləmirdik. Əşrəf Qəni haradadır? Öz bayraqlarını asdılar. Hamı çox üzüldü. Mənim prezidentim haradadır? İndi keçmiş prezident Əşrəf Qəni haradadır? Prezidentimiz yox, heç bir şeyimiz yoxdur. Əfqanlar nə edəcəklərini bilmirlər. Əfqanıstanda qadınların çox uğurları var, mənim çox uğurlarım var. Talibandan qaçıb bura gəlmişəm. 20 il əvvəl və indi başladığımız yerə qayıtdıq. Prezident Əfqan xalqına cavab verməlidir!”.

Əfqan jurnalist Nazira Kəriminin bu sözləri deyərkən göz yaşlarını saxlaya bilməyib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə