“Taliban ictimai asayişi səmərəli şəkildə qoruyur” - LAVROV

Rusiya xarici işlər naziri Sergey Lavrov Əfqanıstanda bütün siyasi və etnik qüvvələrin iştirakı ilə əhatəli milli dialoqun qurulmasını dəstəklədiklərini söyləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Lavrov Rus jurnalistlərin Əfqanıstandakı vəziyyətlə bağlı suallarını cavablandırıb.

Ölkədəki siyasi qüvvələrin liderləri ilə görüşlərdən danışıb: "Anladığım qədəri ilə, bu günlərdə Taliban üzvləri ilə danışıqlar aparılır. Ümid edirəm ki, bu görüş Əfqanıstanın vəziyyətin tam normallaşması yolunda əhəmiyyətli bir addım olaraq inklüziv keçid strukturlarının qurulması ilə bağlı razılığa gəlməsi ilə nəticələnəcək. Böyük əzabın yaşadığı bu ölkədə, hər kəsin iştirak etdiyi milli dialoqun başlamasını dəstəkləyirik. Proseslər müsbətə doğru irəliləyir. Vəziyyət olduqca sakitdir və Taliban üzvləri ictimai asayişi səmərəli şəkildə qoruyur. Taliban başqalarının fikrinə hörmətlə yanaşacaqlarını və buna hazır olduqlarını sübut edəcəklərini bəyan edir. Bu, müsbət bir siqnaldır.Bütün Əfqanıstanın ənənələrinə, tarixinə və adətlərinə hörmət edilməlidir. Bu Vaşinqtonun ən böyük səhvidir. "Taliban" ı Əfqanıstanın qanuni hökuməti olaraq tanımağa tələsmirik”.

Lavrov qeyd etdi ki, Moskva Rusiyada terror təşkilatı sayılan və fəaliyyəti qadağan edilən Taliban hərəkatını Əfqanıstanın qanuni hökuməti olaraq tanımağa tələsmir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə