"Paris Sen-Jermen" (PSJ) komandasına transfer edilən argentinalı ulduz Lionel Messi gecəsi 20 min avro (201 min TL) qarşılığında Parisdəki bir oteldə qonaqlanır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Messi həyat yoldaşı Antonella Roccuzzo və üç uşağı ilə birlikdə beş ulduzlu "Hotel Le Royal Monceau"da qalır.

21 il Barselonada yaşayan cütlük Parisdə uyğun bir ev tapana qədər burada qalacaq.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə