"Türk əsgərinə heç bir şəkildə təhlükə yarada bilmərik" - Hulusi Akar

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Əfqanıstanda hava limanının istismarı ilə bağlı məsələni şərh edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin Kabil Hava Limanını idarə etməkdə əsas məqsədi Əfqanıstanın təcrid olunmuş bir dövlətə çevrilməsinin qarşısını almaqdır.

Akar qeyd edib ki, Kabildəki hava limanı bağlanacağı təqdirdə ölkədəki bütün diplomatik nümayəndəliklərin geri çəkiləcəyinə dair açıqlamalar var: "Hamımız bilirik ki, belə bir şey əfqan qardaşlarımız üçün arzuolunan deyil. Bu səbəbdən fikir mübadiləsi aparmağa davam edirik. Hava limanının açıq qalması faydalı olar. Mehmetçikə heç bir şəkildə təhlükə yarada bilmərik. Təmaslar bu baxımdan son dərəcə əhəmiyyətlidir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə