Hindistan siklonların və digər potensial təbii fəlakətlərin real vaxt görüntülərini təmin etmək üçün orbitə peyk buraxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, buraxılış cəhdi uğursuz olub.

Hindistan Kosmik Agentliyindən verilən açıqlamaya görə, peyki daşıyan raketin kosmosa uçuşu Hindistanın Sriharikota kosmik mərkəzindən buraxılmasından qısa müddət sonra üçüncü və son atış mərhələsindəki texniki nasazlıq səbəbindən uğursuz olub. Peykdə nə baş verdiyinə dair heç bir izahat yoxdur. Sözügedən peyk uğurla orbitə göndərilsəydi, yerin hərəkətləri ilə həmahəng hərəkət edərək eyni mövqedə sabit qalacaqdı. Hindistan Kosmik Agentliyi alovlanma səbəbindən uğursuz buraxılış cəhdindən sonra raket və peykdki son durum barədə açıqlama verməyib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə