"Rusiya kəşfiyyat xidmətinin nümayəndəsinə pul qarşılığında göndərib"

Berlin səfirliyində çalışan ingilis diplomat Rusiyanın xeyrinə casusluq etmək ittihamı ilə təhlükəsizlik orqanları tərəfindən həbs edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, prokuror diplomatın nağd pul müqabilində materialları Moskvadakı məmurlara göndərdiyini iddia edib.

Almaniya Baş Prokurorluğu çərşənbə günü verdiyi açıqlamada, yalnız David S. kimi tanınan İngiltərə vətəndaşının saxlanıldığını təsdiqləyib.

Səlahiyyətlilərə görə, “həbs olunana qədər İngiltərənin Berlindəki səfirliyində çalışıb. Ən azı bir dəfə peşə fəaliyyəti zamanı əldə etdiyi sənədləri Rusiya kəşfiyyat xidmətinin nümayəndəsinə pul qarşılığında göndərib". Ehtimal edilən cəsusun tutulması üçün əməliyyatın İngiltərə və Almaniya kəşfiyyat orqanları tərəfindən birgə planlaşdırıldığı bildirilir. David S.-yə qarşı cəsusluq ittihamı ilə iş açılaraq evində və iş yerində axtarış aparılıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə