Əfqanıstanda son 72 saatda 27 uşaq öldürülüb. Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) açıqlamasında Əfqanıstanda uşaqların hüquqlarının "Taliban" və hökumət tərəfindən gözardı edildiyi bildirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkənin Qəndəhar, Xost və Paktiya əyalətlərində son 72 saatda 27 uşaq ölüb, həmçinin baş verən toqquşmalar səbəbindən 136 uşaq yaralanıb.

Əfqanıstanda uşaqlara qarşı şiddətin sürətlə artmasının həyəcanverici olduğunu vurğulayan UNICEF-in açıqlamasında, uşaqlara qarşı şiddətin bir cinayət olduğu və bu vəziyyətin narahatlıq verici olduğu ifadə edilib.

Açıqlamada, qarşıdurmaların artacağı təqdirdə, uşaqların irəliləmə hüquqlarının təhlükə altında qalacağı və gələcəyinin təhdid ediləcəyi bildirilib. Digər tərəfdən, təxminən iki həftədir ki, ölkənin bir çox əyalətində "Taliban" yaraqlıları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar davam edir. ABŞ və "Taliban" arasında imzalanan Doha Anlaşmasına əsasən, "Taliban" NATO qüvvələrinin 11 sentyabr 2021-ci il tarixindən geri çəkilmə tarixindən əvvəl əyalət mərkəzlərinə hücum etməyəcəklərini bəyan edib və ABŞ hava qüvvələrinə əsaslanaraq əyalət mərkəzlərini vurur.

Son 4 gündə Taliban Əfqanıstan hökumət qüvvələrindən birini ölkənin cənub-qərbində, digər beşini şimal və şimal -şərqdə olmaqla ümumilikdə 6 əyalət mərkəzini alıb. Əfqanıstan hökuməti hələ də 34 əyalət mərkəzindən 28-nə nəzarət edir.

Qeyd edək ki, Taliban nəzarətində olan bölgələrdə ilk hərəkətlərindən biri də həbsxanalarda olan bütün məhbusları azad etməkdir.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə