Bu ölkə İsrailə 670 milyon dollar ödəyəcək

Hindistan və İsrail arasında hərbi pilotsuz təyyarənin satışı ilə bağlı 670 milyon dollarlıq müqavilənin imzalanacağı gözlənilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, səlahiyyətlilərin Hindistanın pilotsuz təyyarələr donanmasının gücləndirilməsi və silahlandırılması ilə bağlı İsraillə danışıqları bitirdiyi açıqlanıb.

Razılığa, əsasən, Hindistan 65 Heron pilotsuz təyyarəsinin və Hindistanın bəzi dronlarının inkişafı üçün İsrailə 670 milyon dollar ödəyəcək. Hindistan ordusunun bir neçə ay ərzində əlavə olaraq İsraildən üç illik icarəyə dörd Heron Mark-II silahlı pilotsuz uçuş aparatı alacağı bildirilir və bu layihə ilə bağlı danışıqlar da davam edir.

Hindistanın ABŞ-dan 30 MQ-9B döyüş təyyarəsi almağı planlaşdırdığı da məlum idi.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə