Budəfəki hədəf media işçiləri olub

ABŞ-ın ölkəni tərk etməsindən sonra "Taliban" terror təşkilatı Əfqanıstanda sürətlə irəliləməyə davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Taliban"ın budəfəki hədəfi media işçiləri olub.

Əfqanıstan hakimiyyəti, radio işçisi Toofan Ömərin paytaxt Kabildə güllələndiyini açıqlayıb. Hakimiyyət hücumun "Taliban" tərəfindən təşkil edildiyindən şübhələnir. Ancaq "Taliban" sözçüsü bildirib ki, öldürülmə və qaçırılmalardan xəbərləri yoxdur.

Qeyd edək ki, bu il Əfqanıstanda silahlı qruplar tərəfindən ən az 30 jurnalistin və media işçisinin öldürüldüyünü, yaralandığını və ya qaçırıldığı haqda məlumatlar var.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə