23 mülki şəxs yaralanıb - TERROR AKTI

Suriyada YPG/PKK terror təşkilatı Hələbin Əl Bab bölgəsindəki vətəndaşlara 12 raketlə hücum edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hücumda uşaqlar da daxil olmaqla 23 mülki şəxsin yaralandığı bildirilib. Hadisə yerinə gələn mülki müdafiə qrupları, hücumdan sonra baş verən yanğınları söndürməyə və yaralıları sağaltmağa çalışıb. Hücum nəticəsində evlərə böyük ziyan dəyib və insanlar böyük qarşıdurma və əzab yaşayıb. YPG/PKK terror təşkilatı tərəfindən həyata keçirilən raket hücumu nəticəsində 2 mülki avtomobil məhv olub, 2 mülki şəxs yaralanıb. Suriyanın şimalındakı Bab rayonu, 2017-ci ilin ilk yarısında Fərat Qalxanı çərçivəsində DAEŞ terror təşkilatından təmizlənib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə