Səfirliyə qarşı dəhşətli raket hücumu

ABŞ-ın Bağdad səfirliyinə raket hücumu təşkil edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, məsələ ilə bağlı İraq hökumətinə məlumat verilməyib. İtkilərin olub-olmadığı isə məlum deyil.

Bağdadda ABŞ səfirliyi yaxınlığında iki raket hücumu həyata keçirilib. Ətrafdakı vasitələrə ziyan vuran hücumda itki olub-olmadığı barədə məlumat verilməyib.

Son vaxtlar ABŞ-ın İraqdakı hədəflərinə tez-tez hücumlar olub. Hücumların arxasında İrana yaxın şiə milis qruplarının dayandığı iddia edilir.

Lamiyyə Yaqubova

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...