Bu ölkəyə giriş qaydası belə olacaq - YENİLİK

İngiltərə hökumətindən bir məmurun paylaşdığı məlumata görə, nazirlərin daxil olduğu Covid-19 Əməliyyat Komitəsi bu gün beynəlxalq səyahət məhdudiyyətlərinin yumşaldılmasını müzakirə edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, toplantıda alınan qərara görə, iki dozadan peyvənd almış Aİ və ABŞ vətəndaşları İngiltərədəki məcburi karantindən azad ediləcək, Aİ vətəndaşlarından "Yaşıl keçid" sənədi göstərmələri tələb olunacaq. ABŞ vətəndaşlarından isə ölkəyə daxil olarkən peyvənd kartlarını göstərmələri tələb olunacaq.

İngiltərə, ölkələri peyvənd nisbətlərinə, xəstəlik sayına və yeni növlərin yayılmasına görə "yaşıl", "sarı" və "qırmızı" olaraq 3 qrupa ayırır və "trafik işıq sistemi" adlandırdığı siyahını hər 3 həftədən bir yeniləyir.

Buna görə, "qırmızı" siyahıdan olan ölkələrdən İngiltərəyə gələn İngiltərə vətəndaşları və ölkədə yaşamaq icazəsi olanlar, hökumət tərəfindən təyin olunan və özlərinin ödənişlərini ödəyəcəkləri otellərdə on gün məcburi karantində qalacaqlar.

"Sarı" siyahıda olan ölkələrdən gələnlər təyin olunan ünvanda 10 gün karantində qalacaq və bu insanlar karantinin ikinci və səkkizinci günlərində pullu bir PCR testindən keçəcəklər.

"Yaşıl" siyahıdakı ölkələrdən İngiltərəyə gedəcək olanlara isə karantin tətbiq edilməyəcək və bu insanlardan yalnız 72 saatda etdikləri PCR testinin nəticələr tələb olunacaq.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə