Rusiya müdafiə sənayesini dayanmadan inkişaf etdirir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya yeni raketi sınaqdan keçirib.

Nazirlik sınaq çərçivəsində 350 kilometr məsafədə olan Barents sahillərindəki quru hədəfi uğurla vurduğunu bildirib. Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin 2018-ci ilin mart ayında etdiyi bir açıqlamada bu hipersəsli raketlərin dünyanın demək olar ki, hər nöqtəsinə zərbə endirə bilən və ABŞ-ın hazırladığı raket qalxanlarından yayınan bilən yeni nəsil rus silahlarının bir hissəsi olduğunu deyib.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə