Qərbi Avropada son 20 ilin ən güclü sel fəlakətində həyatını itirənlərin sayı 183-ə yüksəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Angela Merkel fəlakətdən ən çox təsirlənən Reynland-Pfalz əyalətini ziyarət edib. Merkel bildirib ki, fəlakətdən sonra Almaniya daha sürətli hərəkət etməli və iqlim dəyişikliyi ilə mübarizə üçün daha çox səy göstərməlidir: “Bütün hadisələr qiymətləndirildikdə bunun iqlim dəyişikliyi ilə əlaqəli olduğunu görə bilərik. Biz tələsməliyik və lazımi tədbirlər görülməlidir”.

Xatırladaq ki, Almaniyanın Reynland-Pfalz əyalətində yağıntıların güclü olması səbəbindən suların miqdarı çoxalıb, sel və daşqın əyalətdə böyük dağıntı əmələ gətirib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə