"Pfizer" "Delta"ya çox təsirli deyil - İSRAİL BAŞ NAZİRİ

İsrail Baş naziri Naftali Bennett yüksək səviyyəli səhiyyə işçiləri və nazirlərlə görüş keçirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, koronavirusun "Delta" variantına qarşı "Pfizer" peyvəndinin effektivliyindən danışıb. Naftali Bennett bunları deyib: ""Delta" variantına qarşı "Pfizer" peyvəndinin effektivliyi səhiyyə işçilərinin ümid etdiklərindən daha zəifdir. Biz bunun nə qədər kömək etdiyini dəqiq bilmirik. Amma "Delta" variantına qarşı "Pfizer" vaksinin təsiri səhiyyə işçilərinin gözlədiklərindən çox azdır".

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə