"Paşinyan ədliyyə sisteminə müdaxiləyə cəhd edir” Ruben Melikyan

"Paşinyanın məhkəmə rəhbərliyi ilə görüşü ədliyyə sisteminə müdaxilə cəhdidir". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan öz Facebook səhifəsində yazıb.

“Medianın yazdığına görə, baş nazir məhkəmə rəhbərliyi, Ali Məhkəmə Şurasının üzvləri və məhkəmə sədrləri ilə görüşüb. Bu, hər gün düşmən qarşısında diz çökən siyasi rəhbərliyə qarşı ictimai qınaq dalğasının artdığı və siyasi rəhbərliyin nəyin bahasına olursa olsun hakimiyyəti əlində saxlayacağı iradəsini nümayiş etdirdiyi bir zamanda icra hakimiyyətinin ədalət mühakiməsinə müdaxilə cəhdindən başqa bir şey deyil. Bu iclasın bütün iştirakçılarından iclasın gündəliyi və nəticələri barədə inandırıcı izahatlar ictimaiyyətə təqdim edilməsi tələb olunur", deyə Ruben Melikyan öz sosial şəbəkə hesabında paylaşıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...