ABŞ prezidenti yanında Milli İqtisadi Şuranın baş məsləhətçisi vəzifəsindən istefaya gedəcək

ABŞ Prezidenti yanında Milli İqtisadi Şuranın Baş məsləhətçisi Larry Summers tutduğu vəzifədən istefa etməyi düşünür. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ilin sonuna qədər bu istefanın gerçəkləşəcəyinə şübhə yoxdur. Belə ki, onun Harvard Universitetindəki köhnə işinə qayıtmaq barədə fikirləşdiyi qeyd olunur. İstefaya getmək səbəbi bilinməsədə ondan sonra gələcək şəxsin kimliyi hələ də bilinmir.

Qeyd edək ki, əgər bu istefa gerşəkləşərsə, ilin iyul ayından bu, sayca üçüncü istefa olacaq. Peter Orszag, Christina Romer kimi Ağ ev rəsmilərindən sonra Larry Summersin də istefa barədə düşünməsi hər kəsi Amerika Prezidentinin yeni planlarının olduğu barədə fikirləşməyə vadar edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...