...Sverdlovsk vilayətinin prokurorluğu Kamensk-Uralski şəhərində baş vermiş insidentlə bağlı araşdırmalara başlayıb. Bildirilir ki, bir qrup yeniyetmə qız “Əbədi məşəl”dən zefir qızartmaq üçün istifadə edərək zavodun işçilərinə ucaldılmış abidənin yanında bir növ piknik keçiriblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu hadisə böyük ictimai rezonans doğurub, hüquq-mühafizə orqanları və şəhər rəhbərliyinin diqqətini çəkib.
Yerli sakinlər gənclərin bu cür davranışlarından hiddətləndiklərini bildirərək, belə obyektlərə nəzarətin gücləndirilməsinin, öz xalqlarının tarixinə və mədəniyyətinə hörmətin aşılanmasının vacibliyini qeyd ediblər.
Xatırladaq ki, oxşar hadisələr daha əvvəl də Rusiyanın müxtəlif regionlarında baş verib və geniş ictimai rezonans doğurub.
Məsələn, bu yaxınlarda Çelyabinsk vilayətinin Dolqoderevenskaya kəndində naməlum şəxslərin Böyük Vətən Müharibəsi qəhrəmanlarına ucaldılmış abidədən yemək - omlet qızartmaq üçün istifadə etdiyi hadisə barədə məlumat verilib.
Bu cür hadisələr tarixi yaddaşın qorunması, gənc nəsillərin davranış mədəniyyətinin formalaşdırılması məsələsinin nə qədər aktual olduğunu göstərir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə