Rusiya Səudiyyə Ərəbistanının aviasiya bazarında maraqlıdır...

...Rusiya Səudiyyə Ərəbistanı ilə aviasiya sənayesində əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini görür.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Federasiyasının sənaye və ticarət naziri Anton Əlixanov “İnnoprom” sərgisi çərçivəsində deyib.

Nazirin sözlərinə görə, Rusiyanın Səudiyyə Ərəbistanı bazarına marağı təyyarənin Rusiyada hazırlanması və artıq sertifikatlaşdırılması ilə izah olunur.

Bundan əlavə, Ural Mülki Aviasiya Zavodunun istehsal etdiyi kiçik ölçülü təyyarələrin bazara çıxarılması imkanları nəzərdən keçirilir.

Bir müddət əvvəl “Sənaye dialoqu: Rusiya-Səudiyyə Ərəbistanı” biznes forumunda Əlixanov qeyd edib ki, aviasiya sektoru, gəmiqayırma və yüksəksürətli dəmir yolu mühəndisliyi Rusiya-Səudiyyə əməkdaşlığı üçün böyük perspektivlərdir.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Moskva oktyabrın 15-də Rusiya paytaxtında keçirilməsi planlaşdırılan tarixdə ilk Rusiya-ərəb sammitində Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salmanın şəxsi iştirakına ümid edir.

...Oktyabrın 15-də Moskvada tarixdə ilk Rusiya-Ərəb sammitinin keçirilməsi barədə razılıq əldə olunub. Biz vəliəhd şahzadə Məhəmməd bin Salmanın şəxsi iştirakına çox ümid edirik.

Deməli, Lavrov bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səudla danışıqlar zamanı vurğulayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə