Gənclər mərkəzlərinin açılışı ilə bağlı keçirilən videokonfransda Rusiya prezidenti Vladimir Putin tələbə briqadalarında tələbələrin bu gün nə qədər maaş aldığını soruşub.
Dövlət başçısı eşitdiyi məbləğdən narazı qalıb.
SİA-nın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin tələbə briqadalarında qazancları şərh edib.
Altı regional gənclər mərkəzinin açılışı ilə bağlı videokonfrans zamanı o, Arxangelsk vilayətindən olan tələbə briqadasının komandirinin 60-70 min rubl civarında maaş aldığını öyrənib.
Putin eşitdiyi məbləğlə kifayətlənməyib. Onun fikrincə, bu maaş kifayət deyil.
...Bu, azdır. Bizim vaxtımızda 1-1,5 min rubl alırdıq, amma o vaxt o yaxşı pul idi, - deyən prezident, o vaxt "Jiquli"nin 5 min rubl olduğunu da vurğulayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə