Antarktidanın yüksəlməsinin səbəb və nəticələri məlum olub...

...Elmi təhlillər nəticəsində Antarktidanın aktiv şəkildə dəniz səviyyəsindən yuxarı qalxdığı məlum olub. Son illərdə elm adamları buz təbəqəsinin əhəmiyyətli dərəcədə azalmasının kontinental plitənin yüksəlməsinə səbəb olduğunu fərq edirlər.

SİA-nın məlumatına görə, Antarktidanın bəzi əraziləri mantiyanın daha aşağı sıxlığı olan bölgələrinin olması ilə xarakterizə olunur.

Təhlükə ondan ibarətdir ki, yer qabığının şaquli hərəkət dinamikası çox tez və gözlənilməz şəkildə davam edə bilər. Daha dəqiq proqnozlar əldə etmək üçün mütəxəssislər kompüter modelləşdirmə üsullarından istifadə etdilər. Nəticələr 2500-cü ilə qədər qlobal dəniz səviyyəsinin 19,5 metrə yüksələ biləcəyini göstərir.

Bu, iri sahil şəhərlərini su basacaq deyə, 700 milyondan çox insanı yaşamaq üçün yeni yerlər axtarmağa məcbur edəcək bir təhlükə yaradır.

Tədqiqat Yerin qeyri-sferik formasını nəzərə alaraq, müxtəlif coğrafi bölgələrdə dəyişikliklərin müxtəlif sürətlə baş verəcəyini ehtimal edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə