...Özbəkistan hakimiyyəti İsveçrədə Gülnarə Kərimovadan müsadirə olunmuş aktivlərdən daha 95 milyon dolları dövlət xəzinəsinə qaytarmağa müvəffəq olub.
SİA-nın məlumatına görə, bu barədə Özbəkistan Maliyyə Nazirliyinin rəis müavini Otabek Fozilkərimov bildirib. ...Ümumilikdə Daşkənd Özbəkistanın keçmiş prezidentinin böyük qızı, hədə-qorxu ilə tələb etmə, mənimsəmə və mütəşəkkil cinayətkar qrup yaratmaq kimi bir sıra cinayətlərə görə həbsdə olan Gülnarə Kərimovaya məxsus 131 milyon dolları geri qaytarmaq barədə Bernlə razılaşıb.
...Fozilkərimov aydınlaşdırıb ki, büdcəyə qaytarılan vəsaitlər səhiyyə və təhsil sahələrində layihələrin həyata keçirilməsinə sərf olunur.
Eyni zamanda, respublika Kərimovadan müsadirə olunmuş aktivlərin Belçika ilə qaytarılması məsələsini müzakirə edir.
Qeyd edək ki, onların həcmi 100 milyon dollardan çox qiymətləndirilir.
Yeri gəlmişkən, Kərimovun qızının aktivlərini qaytarmaq üçün təxminən iki il əvvəl Özbəkistanda BMT-nin Özbəkistan Baxışı 2030 Trast Fondu yaradılıb.
Ədliyyə Nazirliyinin məlumatına görə, bir neçə il ərzində Kərimova xaricə 1,3 milyard dollardan çox pul köçürüb və bu puldan dəbdəbəli daşınmaz əmlak, eləcə də dəbdəbəli həyatın digər atributlarının alınması üçün istifadə olunub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə