ABŞ Trampın Zelenski ilə görüşdə dəyənək üsulundan istifadə etdiyini bildirib

ABŞ prezidenti Donald Tramp Oval kabinetdə Ukrayna lideri Vladimir Zelenski ilə danışıqlarda sərt çıxış edib, lakin bu, haqlı olub.

SİA-nın məlumatına görə, bunu Ağ Evin müşaviri Ceyson Miller CNN telekanalına açıqlamasında deyib.

...Prezident Tramp qan tökülməsini dayandırmaq istəməsindən danışan yeganə şəxsdir. Və bu vəziyyətdə liderlər bəzən kökdən, bəzən də dəyənəkdən istifadə edə bilərlər. Belə olan halda, düşünürəm ki, Tramp öz fikrini prezident Zelenskiyə çatdırmaq üçün sərt idi, lakin bu, yalnız Trampın qan tökülməsini dayandırmaq istəməsidir, - deyə Miller bildirib.

ABŞ prezidentinin müşaviri hesab edir ki, Zelenski danışıqlar masasına qayıtmalı və onlara ciddi yanaşmalıdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə