"Microsoft” şirkəti “Skype”ın fəaliyyətini dayandıracağını elan edib

“Microsoft” 2025-ci ilin may ayında “Skype” xidmətini dayandıracağını və istifadəçiləri “Microsoft Teams” platformasına keçməyə təşviq edəcəyini açıqlayıb. SİA “BBC”yə istinadla xəbər verir ki, “Skype” istifadəçiləri mövcud hesab məlumatları ilə “Teams”ə daxil olaraq, söhbət və əlaqələrini avtomatik olaraq köçürə biləcəklər. Bu addım, “Microsoft”un kommunikasiya xidmətlərini sadələşdirərək, “Teams” platformasına daha çox diqqət yetirməsinə imkan verəcək.

“Skype” ilk dəfə 2003-cü ildə istifadəyə verilib və 2011-ci ildə “Microsoft” tərəfindən 8,5 milyard dollara satın alınıb. Son illərdə “Zoom” və “Slack” kimi rəqiblərlə rəqabət aparmaqda çətinlik çəkən “Skype”, xüsusilə pandemiya dövründə “Teams”in populyarlığının artması ilə kölgədə qalıb.

“Microsoft”un məlumatına görə, Teams hazırda aylıq 320 milyon aktiv istifadəçiyə malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə