Lukaşenko Çində həkimlərdən kömək istəyib...

SİA-nın məlumatına görə, Polşanın “Wirtualna Polska” nəşri Lukaşenkonun səhhətinin pisləşməsindən yazır.

Rusiya və Belarus haqqında kitabların müəllifi Martin Strzyzevski, Belarus hökmdarının sağlamlıq problemləri ilə bağlı məlumatları gizlətməyin rejimin getdikcə çətinləşdiyinə diqqət çəkib.

...Sızıntılar göstərir ki, Lukaşenkonun oğullarından biri ağır xəstələnəndə birbaşa Çindən kömək istəyib. Lukaşenkonun tezliklə 71 yaşı tamam olacaq. Lakin o, səhhəti barədə danışmaqdan çəkinir. O, keçən ilin iyulunda bir istisna edib. Belə ki, o, "ağır günlər" keçirdiyini, "yorğun olduğunu" etiraf edib.

...Bu, Şanxay Əməkdaşlıq Təşkilatının sammitində diktatorun xəstələnməsi ilə üst-üstə düşürdü.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə