...Polşanın baş naziri Donald Tusk ABŞ prezidenti Donald Trampın bəyanatları fonunda polyakların ABŞ-dan deportasiyasına hazırlıq barədə göstəriş verib.
SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
...Daha əvvəl Tramp bəyan etmişdi ki, qeyri-qanuni mühacirlərin genişmiqyaslı deportasiyası “çox tezliklə” başlayacaq.
...Narahat olmağa heç bir səbəb ola bilməz, lakin Polşa istənilən vəziyyətə yaxşı hazır olacaq. Ölkədə hər bir polyak hərarətlə qarşılanacaq. Hər kəs öz vətənində özünə yer tapacaq.
...Burada hər kəs öz Amerikasını tapacaq, deyən Tusk, Xarici İşlər Nazirliyinə, Polşanın ABŞ-dakı konsulluqlarına, post və xidmətlərinə “ABŞ-da müxtəlif statuslarda işləyən, yaşayan polyaklar üçün miqrasiya siyasətinin mümkün nəticələrinə hazır olmaq” göstərişi verib.
Tusk qeyd edib ki, Ağ Ev hələlik deportasiya planları ilə bağlı konkret məlumat verməyib, ona görə də Polşa bunun Polşa vətəndaşlarına necə təsir edəcəyini bilmir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə