...Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının rəsmi nümayəndəsi Elizabet Trossell Avropada Rusiya mediasının teleqram kanallarının bloklanmasının səbəblərini müstəqil şəkildə nəzərdən keçirməyə çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə RİA Novosti ilə söhbətində bildirib.
...Hansı təşkilatların konkret məzmunu bloklamaq qərarına gəldiyini şərh etmək iqtidarında deyilik,- deyə o bildirib.
Lakin onun fikrincə, bloklamanın səbəblərinin şəffaf olması vacibdir, bunun hökumətin və ya özəl şirkətin sifarişi ilə edilməsindən asılı olmayaraq.
...Xatırladaq ki, dekabrın 28-də Polşa, Belçika, İsveçrə, Yunanıstan, Çexiya və İtaliyada “RİA Novosti” Teleqram kanalı bağlanıb.
Avropada “İzvestiya”, “RT”, “Rossiyskaya qazeta”, “Birinci kanal” və “NTV” də bloklanıb. Avropada "Rossiya 1" teleqram kanalına daxil olmağa çalışdığınız zaman resursun yerli qanunvericiliyi pozduğuna görə bloklandığını bildirən bir ifadə çıxır.
Telegram messencerinin təsisçisi Pavel Durov bunun rəqəmsal xidmətlər haqqında qanun və Aİ-nin sanksiyaları ilə bağlı baş verdiyini izah edib. Bununla belə, o qeyd edib ki, rusiyalı istifadəçilər hələ də Avropadakı istifadəçilərdən daha çox sərbəstliyə malikdirlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə