Birləşmiş Ştatlar tərəflərin razılığa gəlməyə üstünlük verdiyi istənilən formatda Bakı və İrəvanla işləməyə hazırdır. SİA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən “Amerikanın Səsi”nə bildirilib. “Birləşmiş Ştatlar hökuməti Ermənistan və Azərbaycanın Cənubi Qafqazın təhlükəsizliyi və rifahı üçün vacib olan uzunmüddətli və şərəfli sülh sazişinin əldə edilməsi istiqamətində səylərini dəstəkləyir. Biz hər iki tərəfin irəliləyiş əldə edə biləcəkləri barədə razılığa gələ bildiyi istənilən formatda işləməyə hazırıq”, - Dövlət Departamenti qeyd edib
Bütün xəbərlər Facebook səhifəmizdə