"Miqrantlara münasibət həm polisin, həm də adi rusların ayaqaltısı kimidir..."

"...Onlar insan deyillər, onlar qatillər və yaramazların vəhşi dəstələridirlər...” Bunu cəmi 48 il yaşayan rus yazıçısı Mixail Bulqakov öz milləti barədə yazıb.

...Oşdan olan 32 yaşlı qırğızıstanlı Aktilek keçmişdə Rusiyada əmək miqrantı olub və 10 ilə yaxın bu ölkədə...qapıçı, aşpaz, və taksi sürücüsü kimi işləyib.

...SİA-nın məlumatına görə, o bu yaxınlarda şəxsi məsələlərlə bağlı yenidən Rusiya paytaxtına səfər edib.

Qırğız, son illərdə Rusiyada ziyarətçilərə münasibətin pisə doğru necə kəskin şəkildə pisləşməsindən dəhşətə gəldiyini deyir.

Onun dediyinə görə, keçmiş Rusiya ilə indiki Rusiya arasında fərq çox böyükdür. Mən Moskvaya 4-5 günlük getmişdim və deyə bilərəm ki, bu gün oradakı miqrantlara münasibət nə qədər kobud səslənsə də, həm polisin, həm də adi insanların ayaqaltısı kimidir...

...Dostum məni maşınına mindirdi və hər 100 metrdən bir polis əməkdaşları tərəfindən saxlandıq. Əgər sənədlərində ən kiçik bir səhv varsa, 15-20 min rubl cərimələnəcəksən. İndi belə hallar çoxdur.

Qeyd edilməlidir ki, Rusiyada ksenofobiya hisslərinin artmasından həm sosioloqlar, həm də Rusiyada yaşayan və işləyən miqrantların özləri danışırlar.

Artıq bir ildən çoxdur ki, Rusiyada miqrantlara qarşı genişmiqyaslı reydlər keçirilir ki, bu da bir çox əcnəbi üçün Rusiyadan deportasiya ilə nəticələnir. Həmçinin, bir çox əcnəbilər ölkədə yaşamaq icazəsi olmasına baxmayaraq, heç bir səbəb olmadan Rusiyaya gəlməyi dayandırıblar.

Aktilek deyir ki, hava limanının girişində də kobud davranışla qarşılaşdım.

...Keçmiş miqrant Rusiyadakı həmyerlilərinə müraciət edərək onları sağlamlıqlarına daha çox diqqət yetirməyə, vaxtında tibbi müayinədən keçməyə çağırır.

Qeyd edilməlidir ki, o, məhz 4 il əvvəl Rusiyada mübtəla olduğu xəstəliyə görə, bu ölkəni tərk edib. Maraqlıdır ki, ona heç vaxt dəqiq diaqnoz qoyulmayıb.

...Rusiyada işləyən həmvətənlərimə tövsiyə etmək istərdim: geri qayıtmaqdan qorxmayın, əgər Qırğızıstanda iş yoxdursa, başqa ölkələrdə iş tapa bilərsiniz!

Bunu da keçmiş miqrant vurğulayır.

...Qırğızıstanın Əmək Nazirliyinin məlumatına görə, əgər iki il əvvəl Rusiyada bir milyona yaxın Qırğızıstan vətəndaşı var idisə, indi bütün antimiqrant reydləri və miqrant siyasətinin sərtləşdirilməsindən sonra onlardan 400 minə yaxını qalıb. Mütəxəssislər miqrantların vətənlərinə qayıtmasının əsas səbəblərini Ukraynadakı müharibə və Rusiya pasportu almış miqrantların məruz qaldıqları səfərbərlik təhlükəsi, həmçinin miqrasiya sahəsində Rusiya qanunvericiliyinin sərtləşdirilməsi ilə əlaqələndirirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə