Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Fransada görüşə bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Frans Press” agentliyi Ukrayna hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Zelenski Amerika liderinin də iştirak edəcəyi Notr-Dam kilsəsinin açılış mərasimində iştirak etmək üçün Parisə gedəcək.
Mənbə dəqiqləşdirib ki, Zelenski Fransa prezidenti Emmanuel Makronla görüşməyi planlaşdırır. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla da daxil olmaqla, başqa görüşlər də mümkündür.
...Amerika mətbuatı yazır ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası Ukrayna nümayəndə heyəti ilə danışıqlar zamanı Ukraynanın NATO-ya üzvlüyünə “heç bir maraq göstərməyib”, lakin Kiyevə növbəti silah tədarükünü istisna etməyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə