Suriya ərazisində hərəkətlər yenidən başlayıb...

Suriya Milli Ordusu (SMO) separatçı terror təşkilatı PKK/YPG-nin Tel-Rıfat ilə Suriyanın şimal-şərqi arasında terror dəhlizi yaratma planına qarşı “Azadlıq Şəfəqi” əməliyyatını başlatdı.

SİA xəbər verir ki, Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Suriyanın şimalında əsasən İdlibdə başlayan toqquşmalar nəticəsində rejimə qarşı silahlı qrupların Hələbi ələ keçirməsi ilə Suriya ərazisində yenidən hərəkətlər başladı.

Hələbə əməliyyatın başlanması ilə nəzarətindəki əraziləri çox qısa müddət ərzində itirən Suriya rejim qüvvələri silahlı qruplar qarşısında terror təşkilatı PKK/YPG-dən dəstək istədi və bu vəziyyət PKK/YPG-yə ərazilər açdı.

Suriya rejimi nəzarəti altındakı torpaqları Fəratın şərqində yerləşən PKK/YPG qüvvələrinə verməyə başladı və çoxsaylı PKK/YPG üzvü Hələb bölgəsinə getdi. Terror təşkilatına məxsus ağır silahlar bölgəyə göndərilməyə başlandı.

Terrorçu qrup Tel-Rıfat ilə Suriyanın şimal-şərqi arasında terror dəhlizi yaratma planını işə saldı, lakin bu plan SMO tərəfindən pozuldu. Rejimə qarşı silahlı qrupların Hələbə doğru irəliləməsindən istifadə edən terror təşkilatının bu addımını görən SMO qrupları “Azadlıq Şəfəqi” əməliyyatını başladı və tez bir zamanda əraziyə daxil oldu. SMO anti əməliyyat ilə Hələb vilayətindəki Küveyris Hərbi Hava Limanını ələ keçirərək, PKK/YPG-nin Tel-Rıfat – Mənbiç logistik xəttini kəsdi.

Bütün xəbərlər Facebook səhifəmizdə