Hindistanda keçirilən anım tədbiri zamanı yandırılan məşəllər yanğına səbəb olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, alov nəticəsində böyük çaxnaşma yaşanıb, 30 nəfərin də yaralandığı bildirilib.
2009-cu il noyabrın 28-də Hindistanın Madhya Pradeş əyalətinin Xandva şəhərində baş verən hücumda həyatını itirənlərin xatirəsini anmaq üçün keçirilən tədbirdə fəlakətin astanasından dönüş edilib.
Dünən axşam saatlarında keçirilən tədbirdə alovlandırılan məşəllər mərasimin sonunda söndürülmək üçün tərsinə çevrilərək su ilə doldurulmuş qaba qoyularkən birdən ətrafı alov bürüyüb. Alov nəticəsində böyük panika yaşanıb. Alov qısa zamanda söndürülüb.
Polisin verdiyi açıqlamada qadın və uşaqların da olduğu 30 nəfərin yaralandığı bildirilib. Xəstəxanaya çatdırılan yaralılardan 18-nin evə buraxıldığı, 12 nəfərin müalicəsinin davam etdiyi, xəsarətlərinin həyati təhlükəsinin olmadığı bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə