"Bu seçki kampaniyasını qələbə ilə taclandıran layiqli Gürcüstandır" - Şalva Papuaşvili

"Oktyabrın 23-də hər kəs ürəyi Gürcüstan üçün ağrıyan yüz minlərlə vətəndaşı gördü”. SİA Gürcüstan mediasına istinadən xəbər verir ki, bu fikirləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Gürcü arzusu”nun ofisində keçirdiyi brifinqdə bildirib.

Papuaşvilinin fikrincə, oktyabrın 26-da bu seçki kampaniyasını qələbə ilə taclandıran layiqli Gürcüstandır.

“Oktyabrın 23-də mitinqdə olan hər kəsə təşəkkür edirəm. Bunu yüz minlərlə vətəndaş, valideynlər, uşaqlar, həkimlər, dövlət qulluqçuları - ürəyi Gürcüstan üçün ağrıyanların hamısı gördü. Bu, Gürcüstanın əsl simasıdır, oktyabrın 26-da bu seçki kampaniyasını qələbə ilə taclandıracaq layiqli Gürcüstandır. Mən hər kəsə təşəkkür etmək və oktyabrın 26-da bir insanı meydana çıxmağa çağırmaq istəyirəm ki, biz nəhayət, bu seçki marafonunu qələbə ilə taclaya bilək”, - Şalva Papuaşvili bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə