İsrailin Livana hücumlarında ölənlərin sayı 2 min 574-ə çatıb

İsrail ordusunun Livana hücumları nəticəsində ölənlərin sayı 28 nəfər artaraq 2574 nəfərə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun ölkənin bir çox bölgəsinə hava hücumlarını davam etdirdiyi bildirilib.

Açıqlamada, İsrailin davam edən hücumları nəticəsində dünən 28 nəfərin öldüyü, 139 nəfərin yaralandığı, 8 oktyabr 2023-cü il tarixindən etibarən Livana qarşı hücumlarda həyatını itirənlərin sayının artdığı qeyd edilib. 2 min 574 nəfər yaralananların sayı isə 12 min 1-ə yüksəlib. İsrailin bombardmanları nəticəsində Livanda yüz minlərlə insanın didərgin düşdüyü təxmin edilir. Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edərkən, Livan hökuməti köçkünlərin 486 mindən çoxunun Suriyaya köç etdiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə