Rusiya daha 2 yaşayış məntəqəsini ələ keçirdi

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətində Serebryanka və Nikolayevka qəsəbələrinin Rusiya ordusu tərəfindən ələ keçirildiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib.

Rusiya ordusunun Ukraynadakı mövqelərini yaxşılaşdırdığı bildirilən açıqlamada deyilib: “Cənub və Mərkəzi Hərbi Qrupun bölmələri Donetsk Xalq Respublikasının Serebryanka və Nikolayevka yaşayış məntəqələrini azad edib".

Açıqlamada qeyd olunub ki, son 24 saat ərzində Ukraynanın hərbi hava limanı infrastrukturuna, yanacaq anbarlarına, pilotsuz dəniz vasitələrinin saxlandığı məntəqələrə, pilotsuz uçuş aparatlarının (PUA) istehsal sexləri, Ukrayna əsgərləri və Hərbi texnikanın Qara dənizin şimal-qərb hissəsində 141 bölgəyə yerləşdirildiyi, şirkətə aid 4 pilotsuz dəniz vasitəsinin məhv edildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə