Sudanda vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayı 348-ə yüksəlib.
SİA-nın əldə etdiyi məlumata görə, Sudan Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, ölkədə vəbaya yoluxanların sayının 11,079-a çatdığı bildirilib.
Açıqlamada, vəba səbəbindən ölənlərin sayının 348-ə yüksəldiyi qeyd olunub. İyun ayından bəri ölkədə yağan aramsız yağışların səbəb olduğu daşqınlar vəba xəstəliyinin yayılmasına şərait yaradıb. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.
Müharibənin davam etməsi və səhiyyə sisteminin qeyri-səmərəli işləməsi, epidemik xəstəliklərin yayılmasına şərait yaradır. Bu vəziyyət, Sudanda yaşayan insanların həyatına mənfi təsir edir.
Bütün xəbərlər Facebook səhifəmizdə