Meksikanın ən böyük şəhərlərindən biri olan San-Pauloda Tomazia Montoro məktəbinə bıçaqlı hücum olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, məktəbə gələn 13 yaşlı şagird 71 yaşlı müəllimini bıçaqlayaraq öldürüb.

Hücum edən şəxs daha sonra bıçaqla 3 müəllim və 2 şagirdi yaralayıb. Hadisədən sonra təcavüzkar əyalət polisi tərəfindən nəzarətə götürülüb.

San-Paulo əyalətinin qubernatoru Tarkisio de Fritas sosial media hesabından verdiyi açıqlamada, "Biz səylərimizlə yaralılara kömək etməyə və ailələrinin yanında olmağa çalışırıq" deyib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə