Silahlı hücumda 36 nəfər həlak olub

Konqo Demokratik Respublikasında silahlı hücum baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, naməlum şəxslər tərəfindən həyata keçirilən hücumda 36 dinc sakin həlak olub və çoxlu sayda insan yaralanıb.

Şimali Kivu qubernatoru Karli Nzanzu Kasivita, sosial media hesabında etdiyi paylaşımda hücumun Demokratik Alyans Qüvvələri (ADF) adlı təşkilat tərəfindən həyata keçirildiyini təxmin etdiklərini ifadə edib.

Hücum edilən kəndin tamamilə yandırıldığı bildirilərkən, bölgəyə təhlükəsizlik qüvvələri göndərilib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə