Parlament üzvü duşda onlayn iclasa qatılıb

Rumıniyada Sosial Demokrat (PSD) parlamentinin üzvü Alberto-İosif Karayan parlamentin onlayn iclasında kamerasını açıq qoyub. SİA xarici mətbuata istinadən xəbər verir ki, duşda çılpaq şəkildə iclasa qatılan deputat uzun müddət kamerasının açıq olduğunun fərqində olmayıb. Şura üzvlərinin gülməsindən sonra vəziyyəti anlayan Karayan kamerasını söndürməyə çalışıb. Amma kameranı bağlaya bilmədikdə “Telefonu söndürə bilmirəm, çox üzr istəyirəm. Soyuqdəyməm var, amma zəngi necə bağlayacağımı bilmirəm”,- deyə bildirib. Bir müddət sonra iclası tərk etməyi bacaran deputat geyinib yenidən iclasa qoşulub.

Görüşdən sonra sosial media hesabında üzrxahlıq mesajı yerləşdirən Karayan, "Texnologiyanın qərəzinə uğradım. Bu xoşagəlməz hadisə üçün hər kəsdən üzr istəyirəm" deyib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə