Dünyada ən çox cinayətin törədildiyi şəhər

Dünyada ən çox cinayətin törədildiyi şəhər açıqlanıb. SİA xəbər verir ki, Meksikanın Kolima şəhəri 2022-ci ildə hər 100.000 nəfərə 181,94 qətl hadisəsi ilə dünyada ən yüksək cinayət nisbətinə malik şəhər olaraq qeydə alınıb.
İctimai Təhlükəsizlik və Cinayət Hüququ Xalq Şurasının (CCSPJP) dərc etdiyi hesabatda cinayət nisbətinin ən yüksək olduğu 50 şəhər sıralanıb.

Meksika 6 ildir ki, dünyanın ən təhlükəli şəhərlərinə ev sahibliyi edir. Əhalisinin 300 mindən çox olduğu və cinayət nisbətinin yüksək olduğu 50 şəhərin yer aldığı hesabatda Meksikadan 17 şəhər yer aldığı halda, dünyada cinayət nisbəti ən yüksək olan 10 şəhərdən 9-u bu ölkədəndir.

Hesabatda ölkədə fəaliyyət göstərən cinayətkar təşkilatların əməllərinə göz yumduğu və bununla da cinayət təşkilatlarına məkan açdığı iddia edilən mövcud hakimiyyət tənqid edilib. Hesabatda deyilir: “Cinayətkarlara zorakılığı sərbəst şəkildə qəbul etməyə və bunu açıq şəkildə etməyə imkan verən ictimai təhlükəsizlik siyasətini həyata keçirən başqa heç bir milli hökumət yoxdur”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə