İtalyan aşpaz zəlzələdən sağ çıxanlara yemək bişirdi

Məşhur italyan aşpaz Danilo Zanna zəlzələdən sonra Malatyaya yola düşüb. SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, zəlzələdən çıxan yerli sakinlər üçün yemək bişirib.

"Heç kimi yalnız buraxmırıq. Hamı əlindən gələni etməyə çalışır. Bunun bir parçası ola bilmək mənim üçün böyük şərəfdir", - deyə o söyləyib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 24 617 nəfər həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə